ADY
Bölmələr
Ana Səhifə
Rəhbərlik
Struktur
Departamentlər
Hüquqi sənədlər
Normativ sənədlər
Tariximiz
Yolun xəritəsi
Texniki tərəqqi
Tarif siyasəti
Hərəkət cədvəli
Dəmiryolçu Şəhidlər
Gediş haqqı tarifləri
Qatarların sxemi
Yerli təyinat
Uzaq təyinat
Foto Albom
Bizimlə əlaqə
ADY
ADY
ADY
ADY
Axtarış

Arxiv xəbərlər
12-13 OKTYABR 2010-CU İLDƏ «AZƏRBAYCAN DƏMİR YOLLARI» QSC-NİN 130 İLLİK
YUBİLEYİ VƏ «1520 STRATEJİ TƏRƏFDAŞLIQ»  BİZNES FORUMU KEÇİRİLƏCƏKDİR

              12-13 oktyabr 2010-cu ildə Bakı şəhərində «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin 130 illi yubileyi və «1520 Strateji Tərəfdaşlıq» biznes forumu keçiriləcəkdir.
            Xatırladırıq ki, Azərbaycanda yük və sərnişin daşımalarını həyata keçirən dəmir yolu nəqliyyatının yaranma tarixi on doqquzuncu əsrin sonlarına təsadüf edir. 1847-ci ildə ilk mexaniki qazma quyuçunun  meydana gəlməsi, neftin qazma üsulla çıxarılmasının inkişaf etdirilməsi, ümumiyyətlə neft çıxarmanın inkişafı neft daşınmasının təkmilləşdirilməsi zəruriyyətini yaratdı. Çünki əsas neftçıxarma rayonlarından olan Sabunçu, Suraxanı, Balaxanı  nefti primitiv üsulla, 10 minədək  ağac çənlərdə və tuluqlarda karvanlarla daşınırdı ki, bu da olduqca baha başa gəlirdi və inkişafa ciddi maneələr yaradırdı.

 
TƏKZİB

     Son vaxtlar müxtəlif mətbuat orqanlarında mənim (Gəncə dəmir yolu vağzalının rəisi Zahid Xəlilovun) Nəqliyyatda Baş Polis İdarəsinin Gəncə şöbəsinin rəisi Şamət Hüseynov və işçiləri tərəfindən döyülməyim və xəstəxanaya yerləşdirilməyim barədə məlumatlar dərc olunur.
   Məlumat üçün bildirirəm ki, mən həqiqətən də xəstəxanada müalicə olunuram, amma bunun mətbuatda dərc olunanlara heç bir aidiyyatı yoxdur.  Mətbuat orqanlarında mənim adımın hallandırılmasına etiraz edirəm.

 
 SƏRNİŞİN SIXLIĞINI ARADAN QALDIRMAQ ÜÇÜN QATARLARA ƏLAVƏ VAQONLAR QOŞULUR

         «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi yay mövsümü ilə əlaqədar olaraq gucləndirilmiş iş rejiminə keçib.
           Sərnişin sıxlığını qismən də olsa aradan qaldırmaq üçün  Departamentin kollektivi ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20-25 ədəd əlavə vaqon qoşulmasını təmin edir.
          Xatırladırıq ki, «Ekspress-AZ» sisteminin genişləndirilməsi proqramına uyğun olaraq, bilet satışı texnologiyasını daha da təkmilləşdirmək, onun beynəlxalq İnternet şəbəkəsi vasitəsilə bir mərkəzdən  idarə olunmasını təmin etmək, eyni zamanda sərnişinlərə göstərilən xidmətin səviyyəsini daha da yaxşılaşdırmaq məqsədi ilə Bakı-sərnişin stansiyasında Mərkəzi məlumat bazası yaradılmışdır.

 
5 AVQUST 2010-cu İLDƏN BAKI-SƏRNİŞİN STANSİYASINDAN BİRBAŞA VƏ GERİYƏ BİLET SATIŞI
SİSTEMİ TƏTBİQ EDİLMİŞDİR
 

          Son illər ərzində «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin  Sərnişin daşımaları Departamenti tərəfindən sərnişinlərə göstərilən xidmət mədəniyyətinin səviyyəsinin daha da yüksəldilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilməkdədir. Bunlardan biri də bilet kassalarında  avtomatlaşdırılmış bilet satışı sisteminin tətbiq edilməsidir.
           Bilet satışı texnologiyasının kompüterləşdirilməsi və AİS «Ekspress-AZ» sisteminin genişləndirilməsi proqramına uyğun olaraq, «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərovun müvafiq əmri ilə respublikanın Qərb zonasındakı xətti stansiyalarda fəaliyyət göstərən bütün bilet kassalarında beynəlxalq İnternet şəbəkəsinə qoşulmuş kompüter proqramı tətbiq olunmuşdur. Bu proqramın tətbiqi ilə Qərb bölgəsi üzrə hər bir kassa üçün  əvvəlcədən ayrılmış yerlərin qabaqcadan birbaşa və geriyə satışına, boş yerlərin Birləşmiş Yol Bürosu vasitəsilə sonrakı stansiyalara ötürülməsinə, eyni zamanda sərnişin sıxlığına operativ nəzarət olunur.

 

BAKI-TBİLİSİ-QARS YENİ DƏMİR YOLU BAĞLANTISI LAYİHƏSİ ÜZRƏ
NÖVBƏTİ MÜZAKİRƏLƏR APARILMIŞDIR

            2 -3 avqust 2010-cu il tarixlərində Nəqliyyat Nazirliyində Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı  layihəsi üzrə növbəti iclas keçirilmişdir. Avqustun 2-də keçirilən Koordinasiya Şurasının IX iclasında layihənin bir neçə müddəası üzrə, Tetritskaro-Tsalka(II mərhələ) və Tsalka-Axalkalaki (III mərhələ) dəmir yolu hissələrinin rekonstruksiyası və tikintisi ilə bağlı layihənin təsdiqi, Kartsaxi stansiyasının tikinti layihəsinin təsdiqi, Axalkalaki stansiyasının tikintisi üzrə layihənin işlənməsinin gedişi, “Marabda-Kartsaxi Dəmir yolu” ASC-nin 2010-cu il büdcəsinə dəyişiklik və s. məsələlər barəsində fikir mübadiləsi aparılmışdır.
         Avqustun 3-də isə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə Üçtərəfli Əlaqələndirmə Şurasının 2-ci iclası keçirilmişdir. Azərbaycan Respublikasının nəqliyyat naziri Ziya Məmmədovun iştirakı ilə keçirilən tədbirdə Gürcüstan Respublikasının regional inkişaf və infrastruktur naziri Ramaz Nikolaşvilinin başçılığı ilə Gürcüstan nümayəndə heyəti, eləcə də Türkiyə Cümhuriyyətinin Nəqliyyat naziri cənab Binəli Yıldırımın rəhbərlik etdiyi Türkiyə nümayəndə heyəti də iştirak etmişlər.

 
ŞİRVAN-ASTARA SAHƏSİNİN TƏMİR-BƏRPA İŞLƏRİNDƏ FƏRQLƏNƏN
DƏMİRYOLÇULARIN ƏMƏYİ QİYMƏTLƏNDİRİLDİ
         

        İyulun 30-da “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində dəmir yolunun Şirvan-Astara  sahəsində təmir-bərpa işlərində fərqlənən dəmiryolçuların əməyinin  qiymətləndirilməsinə həsr olunmuş tədbir keçirilmişdir.
        Tədbiri giriş sözü ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Qurban Nəzirov açaraq ətraflı məlumat verdi. O, bildirdi ki, Kür və Araz çaylarında suyun səviyyəsinin qalxması ilə əlaqədar əmələ gələn daşqınlar dəmir yolunun işində də ciddi problemlər yaratmış və nəticədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Şirvan-Astara  sahəsində 9 may saat 16. 30-dan etibarən  qatarların hərəkəti dayandırılmışdır.

 

 DÖVLƏT PROQRAMININ TƏSDİQ OLUNMASI İLƏ DƏMİR YOLUNUN TARİXİNDƏ YENİ DÖNƏM BAŞLADI
 «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərovun www.yap.org.az saytına müsahibəsi 

         -Arif müəllim, Azərbaycan Respublikasının Prezidentinin 2010-cu il  6 iyul tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı" təsdiq olunub. Dövlət Proqramının əsas istiqamətləri barədə nə deyə bilərsiniz?
        -Mən, ilk növbədə, "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın təsdiq olunması haqqında sərəncam imzaladığına görə ölkə başçısı cənab İlham Əliyevə «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin çoxminli kollektivi adından və şəxsən öz adımdan dərin minnətdarlığımızı bildirirəm. Ölkəmizin dəmir yolu nəqliyyatının inkişafı strategiyasının parametrləri ulu öndərimiz Heydər Əliyev tərəfindən müəyyən olunub. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-2003-cü illəri Azərbaycan dəmir yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırsaq, yanılmarıq. Ümummilli Lider həm Respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə, həm də keçmiş SSRİ hökuməti rəhbərliyində fəaliyyətində olduğu 1983-1987-ci illər ərzində, dəmir yolu inkişafı istiqamətində əvəzolunmaz xidmətlər göstərmişdir.  Böyük siyasət adamının rəhbərliyi ilə yaradılmış nəqliyyat sahəsinin inkişaf etdirilməsi prosesi  ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan beynəlxalq və regional layihələrin reallaşması prosesində aktiv iştirak edir.

 
ADY
ADY
ADY
Xəbərlərin təqvimi
«    Сентябрь 2010    »
ПнВтСрЧтПтСбВс
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
ADY
ADY QSC © 2010